"Rusiyanın gələcəyi qaranlıq görünür..."

Rusiya yazıçısı Boris Akuninin fikrincə, Ukrayna öz qanı və cəsarəti ilə sübut etdi ki, ÖLKƏDİR: “Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin ”“ Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür”.

Akunin facebookdakı postunda qeyd edir ki, Qərbin köməkliyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar.

Yazıçının fikrincə, başqa ölkənin ərazisinə qoşun yeridilməsinə (Putin həyasızcasına bunu təkzib etsə də), Krımın Rusiyaya birləşdirilməsinə sevinən çoxluq bilmir ki, “bu hərbi qənimət” ölkəyə necə baha başa gələcək.

Rusiya əvvəlcə siyasi, daha sonra iqtisadi cəhətdən təcrid olunacaq, kapital ölkədən çıxarılacaq, Rusiyaya sərmayə qoyan olmayacaq, Qərb isə rus neftinə əvəz tapacaq. Beləliklə də neftdən gələn yüksək gəlirlər dövrü bitəcək. 

Akunin düşünür ki, hərbi xərclərin artması iqtisadiyyatın zəifləməsi, rublun dəyərdən düşməsi ilə nəticələnəcək. Xaricdən gətirilən mallar bahalaşacaq. Valyuta ehtiyatları elə də uzun müddət üçün bəs etməyəcək. Maaş və pensiyaları vermək üçün dövlət pul çap edən maşını işə salacaq. Bu da inflyasiyaya, qiymət artımına səbəb olacaq.

Beləcə, ölkə müflis olacaq, artan narazılığı yatırtmaq üçün dövlət sərt addımlara əl atacaq. Mətbuat və internetdə senzura tətbiq ediləcək. Siyasi məhbusların sayı artacaq, hətta siyasətdən uzaq narazı adamları da həbsxanaya atacaqlar. 

Yazıçı düşünür ki, bəli, Krım avantürası ilə Putin ömürlük hakimiyyətini təmin etdi. Daha doğrusu, özünü buna məhkum etdi. İndi o, sadəcə, istefaya gedə bilməyəcək.

Amma Akunin düşünmür ki, Putin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcək. Hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda inqilabi mexanizmlər işə düşür.

Sonda Akunin Krımın anneksiyasına “sevinən kasıb çoxluğu” təbrik edir (azadliq.org).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

End of content

No more pages to load

RADİO