Əfqanıstanda məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Bizim.Media xəbər verir ki, “Taliban” hərəkatının sözçüsü Zabiullah Mücahid ölkənin Qəndəhar şəhərində yerləşən şiə məscidindəki bu partlayışı böyük cinayət adlandırıb.
Qeyd edək ki, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai də terror aktını pisləyib və bunu sabitlik əleyhinə qəsd adlandırıb.
Bizim.Media