10 günlük KİTAB SƏRGİSİ – Kəramət Böyükçöl nəyə sevinir? – 3 YAZARIN MÜLAHİZƏSİ

Oktyabrın 1-dən Bakı İdman Sarayında keçirilən Milli Kitab Satış Sərgisi uzun keçən pandemiya müddətindən sonra kitabsevərləri bir araya toplaya bilib. 10 gün davam edəcək kitab sərgisi müxtəlif sahələrə aid olan kitabları bir mərkəzdən oxucusuna təqdim edir.

Sosial şəbəkələrdə isə kitab sərgisi ilə bağlı bir-birinə zidd fikirlər dolaşır.

Kimisi oxucunun passivliyindən, kimisi satışda təqdim olunan kitabların məzmun və poliqrafik keyfiyyətsizliyindən şikayət edir. Bəziləri isə “özümüz yazıb, özümüz oxuyuruq”, təqdimatlarda “danışdıqlarını, yazdıqlarını özləri də başa düşməyə bir qrup adam” kimi ifadələrlə kitaba marağın azalma səbəblərini ehtirasla müzakirəsinə girişib.
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO


Əslində vəziyyət necədir və nə baş verir? 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Səlim Babullaoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, heç nəyə baxmayaraq, hər iki həm Milli Kitab Satış Sərgisi, həm də VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi kitaba marağın artmasına xidmət edən gözəl aksiyalardır. 

“Bu cür tədbirlər kitab əhlini bir araya toplayır, oxucularla görüşün mərkəzləşmiş bir sistemdə təqdim edir. Bundan başqa oxucular bilir ki, onları maraqlandıran bütün kitabları mərkəzləşdirilimiş bir məkanda tapa biləcək.  Bu kitab sevərlər üçün bir hədiyyədir. Ümumiyyətlə, sərgiyə insanların az gəlməsi məsələsi barəsində deyə bilərəm ki, indiyə qədər kimsə nə qədər rəqəmin gözlədiyini açıqlayıb? Belə bir fikrə gəlmək üçün xüsusi statistik göstəricilər olmalıdır.  Ona görə bu haqda danışmaq tələskənlikdir. Bundan başqa 2 il pandemiya şəraitində yaşamaq, insanların vərdişini dəyişib. Bu ətalətli vaxtda kitab sərgisinin olması və oxucu kütləsinin ora yığılması bütün hallarda təqdirəlayiqdir.

Mən sərgidə Çingiz Abdullayevin başına nə qədər insan yığışdığını gördüm, ona görə sərgiyə az insan gəlib, oxucu kütləsi çox azdır demək düzgün deyil”.


Cəmiyyət arasında müasir, çağdaş yazarlarımızın az oxunması barədə isə birliyin katibi düşünür ki...

“Biz hamımız deyirik ki, gənc yazarlar tanınmır və oxunmurlar. Axı çoxumuz onları tanımağa, oxumağa heç cəhd etmirik. Mən burada bir kəlmə deyə bilərəm, oxuyun ki, oxunsunlar. Bizə oxumaq üçün nə mane olur?”  

Şair Qismət Rüstəmov isə bu məsələdə daha çox nəşriyyat sisteminin düzgün formalaşmamasının səbəb olduğunu deyir. Onun fikrincə, gənc yazarların az tanınması məhz bu problemdən irəli gəlir.  

“Hazırda bu məsələ üzrə danışıqlar gedir, hətta parlamentdə də nəşriyyatlardan əlavə dəyər vergisi (ƏDV) götürülməyi barədəmüzakirələr gedir. Bundan başqa kağız, çap məhsulları əl çatan olmalı, qiymətlər azalmalıdır.  Çünki nəşriyyat özü rahatlaşmasa müəllifin kitabının təbliğatını apara bilməz. Bizdə reklam və təbliğat işini kitabı çap olunan müəllifin boynuna yıxırlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur.
 

Xaricdə yazar ancaq imza günü oxucuları ilə görüşür, ona kimi kitabın reklamı, sosial şəbəkəlrdə və digər KİV-də nəşriyyatın xüsusi şöbəsi tərəfindən aparılır. Bizdə isə mənzərə tamam fərqlidir. Yazıçı həm öz kitabını yazır, həm reklam edir, həm də satır. 


Q.Rüstəmov “Bəs, sizcə Azərbaycan oxucusu passiv oxucudur?” sualına cavab olaraq, yenə bildirib ki, bunun da kökündə maliyyə məsələləri yatır:

“Neçə illər müşahidələrimdən deyə bilmərəm ki, bizim oxucumuz tənbəldir, kitab oxumur. Sadəcə olaraq, onlar ən çox Türkiyədən alınan kitablara üstünlük verirlər. Çünki bizdə qiymətlər, kitabın üzərinə qoyulan vergi çox bahadır. Nəticədə bu da mağazada satılan kitabın qiymətinə təsir edir.  Məsələn Türkiyədə olan 5 manatlıq kitabı, özü sifariş verən müştəri onu 8 manata əldə edə bilirsə, mağazada yüksək vergiyə görə, 20 manata olan kitabı niyə almalıdır?”

Mənzərəni daha aydın təsvir etmək üçün yazı hazırlanarkən Qismət Rüstəmovun sosial şəbəkədə bu barədə  qeyd etdiyi sonuncu statusunu da məqaləyə əlavə edirik:

“Bir daha anladım ki, problem təkcə kitab-nəşriyyat sektorunda deyil, problem həm də öz posterini çıxarıb, özünə vaxt təyin edib, özünü fəxri qonaq elan edərək quşqoydu tədbirlər keçirən, ədəbiyyata qırsaqqız, ədəbiyyatçıya qabırğa, inkişafa şlaqbaum olan ortabablardadır. Yaxşı bir iynə qızdırmışam, Nobelləri verək, oxuyacaqsız”.

Yazıçı Kərmət Böyükçölün sərgi haqqında düşüncələri isə başqa cürdür. 

“Həftəsonu kitab sərgisinə gələn oxucu kütləsi daha çox idi. Şənbə və bazar günləri hər günə 200 kitab satdım. Ara günləri isə günə təxminəm 100-110 kitab satmışam. İcazə versinlər qoltuğumuz bununla bir az qarpızlansın. Biz pis bir şey etmirik, rüşvət almırıq, korupsiyaya qurşanmırıq, sadəcə öz kitablarımızı satırıq. İcazə versinlər öz kitablarımızı rahatlıqla sataq”. 

Kəramətin də fikrincə, Azərbaycan cəmiyyəti kitab oxumağı elə də sevmir və bunu nəzərə alıb olduğumuz durumu analiz etsək, nəticələr qənaətbəxşdir:

“Azərbaycan kimi kitabsız bir cəmiyyətdə bu cür nəticələrlə təsəlli tapmaq olur. Bu hal adamı az da olsa ümidləndirir”.

“Sərgidə sizin rəqibiniz kimdir, kim daha çox kitab satır?” sualını isə yazıçı yumor hissi ilə qarşılayıb. Kəramətin fikrincə, ən çox kitabı satılan müəllif elə özüdür.


“Mən rəqib deməyim, onlar mənim qələm dostlarımdır.  Aysel Əlizadə, Əsəd Qaraqaplan və digərləri də burada öz kitablarını satırlar. Lakin mən axı, belə deyə bilmərəm mənim kitablarım daha çox satılır (gülür), bunu gərək onlar özləri qeyd etsinlər. Əlbəttə ki, onlar mənim dostlarımdı və reallığı daha yaxşı görürlər”.

Sonda Kəramət Böyükçöl bildirib ki, tezliklə oxucuları ilə görüşəcək.

“Oktyabrdın 10-da oxucularımla görüşüm keçiriləcək, inanıram ki, kitab satışında orada bir fırtına qopara biləcəm”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Bakıda sabah yağış yağacaq

Bakıda sabah yağış yağacaq

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Bakıda qadın hamamda yıxılıb öldü

Bakıda qadın hamamda yıxılıb öldü

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

End of content

No more pages to load

RADİO