"Tehran Bakı və İrəvanla yaxşı münasibətlər saxlayır".
Bizim.Media IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib.
O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın İrana səfərini belə şərh edib:
"Ararat Mirzoyanın ikitərəfli əlaqələri inkişaf etdirmək üçün Tehrana səfəri əvvəlcədən planlaşdırılmışdı. Səfər zamanı siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli məsələlər müzakirə olunacaq. Həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlər qururuq” deyərək o, İranın heç bir ölkə ilə əlaqələrinin başqa bir ölkənin maraqlarını təhdid etmədiyini vurğulayıb.
Bizim.Media