Rusiyada yarasalarda SARS-CoV-2 koronavirusu hələ aşkar edilməyib, lakin virusun digər variantları müəyyən edilib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Mərkəzi Araşdırma Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya məlumat yayıb.
"Rusiyadan gələn yarasalarda SARS-СoV-2 tapılmadı. RT-PCR ilə müxtəlif növdən təxminən iki yüz yarasa nümunəsini sınadıq. Xüsusilə SARS-СoV-2-yə çox oxşar viruslar axtarırdıq, heç nə tapmadıq". Speranskaya belə deyib.
O, qeyd edib ki, SARS-CoV-2 ilə yanaşı təbiətdə digər koronaviruslar da var:
“Yarasalardakı bu cür viruslara bütün bölgələrdə rast gəlinir, lakin bu, Rusiyada çox az araşdırılıb”.
Bizim.Media