Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus OPV-1900 gəmisi Türkiyə bayrağı altında İstanbul boğazından üzüb.
Bu barədə Bizim.Media “Defenstürk”ə istinadən xəbər verir.
Qeyd edək ki, beynəlxalq prosedura uyğun olaraq gəmi heyəti məxsus olduğu ölkənin bayrağını dalğalandırmalıdır.
Pakistan gəmisinin Türkiyə bayrağını dalğalandırması isə dövlətlərin bir-birinə olan münasibətinin jesti kimi dəyərləndirilir.
Bizim.Media