Nigeriyanın şimal-şərqində “Boko xaram” qruplaşmasının silahlıları tərəfindən 70 fermer qətlə yetirilib.
Bizim.Media “France-Presse” agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 28-də baş verib.
Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib ki, otən şənbə günü 43 fermerin həlak olması haqqında məlumatlar daxil olub, ancaq hadisə yerinə gedəndən sonra aydın olub ki, 70 insan öldürülüb.
O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.
Qeyd edək ki, “Boko xaram” qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. O, Afrikanın bu ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Qruplaşma 2009-cu ildən aktiv terror hərəkətlərinə başlayıb.
Bizim.Media