İsrailin Baş naziri Benyamin Netanyahu nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Netanyahu hadisə ilə bağlı gərginliyin anonsunu verib.
"Sizə demək istəyirəm ki, Yaxın Şərqdə hərəkətlənmə var. Bizi gərgin günlər gözləyir", - deyə baş nazir bildirib.
İran Prezidenti Həsən Ruhani isə "İranın nüvə proqramının atası" kimi tanınan Fəxrizadənin öldürülməsinin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini vurğulayıb:
"Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq”, - Ruhanı belə deyib.
Bizim.Media