Yaxın gələcəkdə Gümrü şəhərinə yalnız xüsusi icazə ilə getmək mümkün olacaq. Bu barədə İrəvanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, şəhərdə Rusiyaya məxsus 102 hərbi baza var və son vaxtlar bu bazanın böyüdülməsi ilə bağlı söz-söhbət gedir. Gümrünü qapalı şəhər olması ilə bağlı məsələyə gəlincə, jurnalistlər hesab edirlər ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı həll olunacaq.
Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri qəzet əməkdaşının sualına cavab olaraq məlumatı nə təsdiq, nə təkzib edib. Gümrünün Ermənistan şəhəri olmasına baxmayaraq, o, bildirib ki, söhbət Rusiya hərbi bazasından getdiyinə görə, bu barədə heç nə deyə bilməyəcəyəm.
Görünür ki, Ermənistanın Gömrük İttifaqına, daha sonra Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra vəziyyət dəyişəcək. Daha olar və ya olmazla bağlı qərarları İrəvan deyil, Kreml verəcək. Yerli əhali isə hesab edir ki, hakimiyyət başında duranların rusiyameylli siyasəti Ermənistanının həqiqi müstəqilliyinin çiçəklənməsinə gətirib çıxaracaq.