Türkiyənin siyasi partiyalarından Fransa Senatına qarşı Bəyanat

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar. 

Bizim.Media xəbər verir ki, bəyanatda Senatın qərəzli qətnaməsinə etiraz ifadə olunub.

Bəyanatda bildirilir ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa görə yox dərəcəsindədir: 

“Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir.

Bir neçə gün əvvəl Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq qətnamə qəbul etdiyi çox açıq şəkildə görünməkdədir. 

30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına mübarizəsi nəticəsində işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Türkiyə olaraq bu haqlı mübarizənin və qazanılan zəfərin hər anında qardaş Azərbaycanın yanında olmaqdan qürur duyuruq.

Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə çərçivəsində apardığı əks-həmlə əməliyyatı nəticəsində öz sahiblərinə qayıdan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına zərrə qədər şübhəmiz yoxdur. 

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, təxminən 30 il boyunca Ermənistanın qanunsuz işğalını görmək istəməyən, bitərəf olmaq əvəzinə bütün hallarda işğalçı Ermənistanın yanında yer alan və Azərbaycanın haqqını və hüququnu tanıyan bütün BMT qətnamələrini heçə sayan, son zamanlarda Türkiyəyə qarşı ədavətdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüblü olmayıb.

Qətnamənin Fransa Senatında böyük çoxluğun səsi ilə qəbul edilməsi Fransanın gələcəyi haqqında narahatlığımızın artmasına səbəb olub. 

Fransa hökumətinin beynəlxalq hüquq və bölgədəki həqiqətlərlə ziddiyyət təşkil edən, əsassız iddialar, böhtanlar və ciddiyə alınmayacaq təkliflər ehtiva edən bu qətnaməyə diqqət göstərməyəcəyinə ümid edirik.

Bu cür təxribatçı təşəbbüslərin bölgəmizə və dünyaya sülh və sabitlik gətirməkdən uzaq olduğunu xatırlatmaqla bərabər, ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü

Putin Kazanda Hakan Fidanla görüşdü

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

End of content

No more pages to load

RADİO