Əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində futbolçunun həyat yoldaşı ilə sevgilisi arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, futbolçunun 6 illik sevgilisi Rokio Oliviya Maradonanın vida mərasiminə gəlib. Lakin futbolçunun həyat yoldaşı Klaudiya Villafanye Oliviyanın mərasimə daxil olmağına icazə verməyib.
Oliviya isə qəzəbini bu sözlərlə ifadə edib:
"Mən Dieqonun son sevgilisi, görmək istədiyi qadın idim. Heç kim məni anlaya bilməz. Dieqonu bir dəqiqə belə düşünmürlər. O öldü və canım yanır”.
Bizim.Media