Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 75-ci illiyi münasibəti ilə ABŞ-ın paytaxtı Vaşinqtonda xatirə mərasimi keçirilib.
Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasim çərçivəsində Türkiyənin bu ölkədəki səfirliyinin qarşısındakı kiçik parkda böyük öndərə heykəl ucaldılıb.
Açılış mərasimində çıxış edən səfir Namiq Tan bildirib ki, cumhuriyəti qurduğunda 42, vəfat etdiyində nisə hələ 57 yaşında olan Atatürkün qısa və igidliklə dolu həyatında bir çox müvəffəqiyyətlərə imza atıb. Atatürkün, "Biz respublikanı qurduq, sizlər də onu yüksəldəcək və yaşadacaqsınız" sözlərini xatırladan səfir Tan, respublikanın onlara əmanət edildiyini qeyd edib: "Hər il noyabr ayının 10-da biz Atatürkün fövqəladə erkən bir yaşda aramızdan getməsini dərin bir kədər hissi ilə yad etməyimiz normaldır".