Avropa komissiyası Filippinə yardım paketi ayırıb.
Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, komissiya
Filippində “Xayan” tayfununun törətdiyi fəsadlar səbəbiylə 3 milyon avro dəyərində
təcili yardım paketi ayırıb. Bu barədə komissiyanın inkişaf məsələləri üzrə
nümayəndəsi Kristallin Georgiyevin bəyanatında deyilir.
“Bu vəsaitlər ən çox
zərər çəkmiş ərazilərin sakinlərinin ehtiyaclarının ödənməsinə xərclənəcək.
Xüsusilə də, içməli su və tibbi ləvazimatlarla təchiz edilməsinə xərclənəcək”,-
deyə vurğuladı.
O qeyd edib ki,
Avrokomissiya öz əməkdaşlarını əlavə yardım üçün ölkənin ehtiyaclarının öyrənməyə
Filippinə göndərib.