Qazaxıstanın Jambıl bölgəsində hərbi hissədə baş vermiş partlayışla əlaqədar matəm elan edilib.
Bizim.Media xəbər verir ki, informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.
Bildirilib ki, 29 avqust tarixi matəm günü elan olunub.
Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.
Bizim.Media