Böyük Britaniyada gəlin bəyə saqqal saxlamasına görə irad tutub. Nəticədə cütlüyün toy şənliyi ləğv olunub.
Bizim.Media xəbər verir ki, gəlin bu addımı ilə sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.
Anonimliyini saxlayan gəlin yazıb ki, nişanlısı neçə ay idi ki, saqqalını uzadırdı. Əvvəl saqqal onun xoşuna gəlsə də, toy günü bəydən tələb edib ki, saqqalı qırxsın.
Bəy də hirslənib ki, ona belə bir əmr verə bilməz.
"Mən dedim ki, toy şəkillərimizdə saqqallı düşmək pis görünəcək" deyən gəlin əks təqdirdə toyu saxlamaqla hədələyib. Nəticədə inadkar bəy də toyu ləğv edib. Yazdığı statusda düz edib-etmədiyi barədə sualına istifadəçilərdən biri isə "sən əsl əclaf kimi davrandın, hər halda bu, onun bayramı idi" yazıb (milli.az)
Bizim.Media