Estoniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 437 nəfər artaraq 139 min 937-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 726 min 856 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5 min 218 nəfərdən götürülən testlərin 437-nin nəticəsi müsbət çıxıb.
Ölkədə ümumilikdə COVID-19-dan 1285 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 132 min 315 nəfər təşkil edir.
Bizim.Media