Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi Kremlin mətbuat xidmətinə istinadən yayıb.
“Əminəm ki, bu, təkcə vida səfəri olmayacaq. Bu səfər ciddi və işgüzar məsələlərlə zəngin olacaq”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Rusiya lideri Almaniyanı ölkəsinin Avropada və ümumilikdə dünyada əsas tərəfdaşlarından biri adlandırıb:
“Almaniya Çindən sonra bizim ikinci ticarət tərəfdaşımızdır”.
Merkel isə deyib ki, müxtəlif məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoq davam etdirilməlidir.
Bizim.Media