Somalinin paytaxtı Moqadişuda milli kəşfiyyat qərargahının yaxınlığında kamikadze özünü partladıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Garowe” portalı məlumat yayıb.
Məlumata görə, partlayış sıx yaşayış olan kəsişmədəki çay evində baş verib. Hadisə şahidləri yaralananların olduğunu bildirsələr də, onların sayı hələlik məlum deyil.
Bizim.Media