Pakistanda Aşura mərasimi zamanı partlayış baş verib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Pəncab vilayətində baş verib.
Partlayış nəticəsində 50 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Bizim.Media