Feysbuk koronavirusla bağlı yalan məlumatların yer aldığı 18 milyon paylaşımı silib.
Bizim.Media xəbər verir ki, bunu feysbukun qurucusu Mark Zukerberq "CBS" telekanalına müsahibəsində bildirib.
O bildirib ki, belə yalan məlumatlar yaymaq onların siyasətinə ziddir.
Qeyd edək ki, iyulun 16-da ABŞ Prezidenti Co Bayden sosial şəbəkə hesablarında koronavirusla bağlı yanlış məlumat yayan şəxslərin insan ölümünə səbəb olduqlarını demişdi.
Bizim.Media