“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ABŞ Prezidenti Co Baydenin reytinqi ən aşağı səviyyəyə enib.
Bizim.Media xəbər verir ki, bu “Reuters” agentliyinin “Ipsos” sosial xidmət qurumu ilə birlikdə apardığı sorğunun nəticələrində yer alıb.
Belə ki, Baydenin reytinqi yeddi faiz aşağı düşüb. .
Amerikalıların cəmi 46 faizi Ağ Ev rəhbərinin fəaliyyətindən razıdır. Bu, dövlət başçısının yanvar ayında vəzifəyə başladığı gündən bəri ən aşağı göstəricidir.
Bildirilir ki, ABŞ-ın Əfqanıstanda 20 illik hərbi mövcudluğundan sonra “Taliban”ın Kabili ələ keçirməsi Baydenin reytinqini aşağı salıb.
Bizim.Media