ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Albukerq şəhərində orta məktəbdə atışma nəticəsində ən azı bir şagird ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, hadisə nahar vaxtı iki tələbə arasında baş verib. Yeniyetmələrdən biri atəş açıb, nəticədə digəri həlak olub. Hər ikisinin təxminən 13 yaşı olduğu bildirilir.
Atəş açan şəxs saxlanılıb. Polis cinayətin səbəbini və yeniyetmənin silahı necə əldə etdiyini müəyyənləşdirir.
Bizim.Media