Sentyabrın 3-nə qədər Ermənistan
prezidenti Rusiyanın paytaxtına yola düşəcək. Bu barədə İrəvanın “Joxofurd”
qəzeti yazıb. Ermənistan prezidentinin mətbuat katibliyi isə bu informasiyanı
təkzib və ya təsdiq etməyib. Nəşrin yazdığı kimi Ermənistan prezidenti 15-17
avqusta Moskvaya işgüzar səfərə getməli idi. Lakin Rusiya prezidenti Vladimir
Putinin Bakı səfərindən sonra səfər ləğv edilmişdi.
Baxmayaraq ki , Rusiya prezidentinin səfərindən
2 həftə vaxt keçib erməni mətbuatı bunu Cənubi Qafqazda ən mühüm hadisə hesab
edir. Ermənistanın strateji portnyoru olan Rusiyanın Azərbaycanla qarşılıqlı
əlaqələrinə İrəvan çox ehtiyatla yanaşır. Qonşu ölkədə yerli mətbuat Rusiyanın
bu addımını çox narahatlıqla qarşıladı və Ermənistanda Avropa Birliyinə
yaxınlaşma cəhdləri sezilir. Həmçinin, Putinin səfərindən sonra səsləndirilən bəyanat
xüsusi maraq doğurdu. Bəyanatda qeyd olunurdu ki, seçkilərdə hazırkı prezident
İlham Əliyevin qələbəsi Ermənistan üçün çox əhəmiyyətlidir.
Erməni mətbuatında yer alan bu xəbəri oxuduqdan
sonra qənaətə gəlmək olar ki, Azərbaycan ”“ Rusiya münasibətlərinin yaxşılaşması
Ermənistanda varlıların hakimiyyətində böyük həyəcan doğurur. Buna görə də,
Ermənistan prezidenti səfər çamadanları ilə Moskvadan çağırış gözləyir. Bu həm
də şimal qonşuları ilə münasibətləri nizama salmaq üçündür.
Axı,
Rusiya hər şeyi bacarar: Götürək, Qarabağ məsələsində Moskvanın mövqe dəyişdirməsini.