Qaraj alanda aldanmamaq üçün- Bu yazını oxuyun!

50 000, 22 000, 18 000 və ya 16 500 manat - bunlar elan saytlarında çoxmərtəbəli binaların zirzəmisində qaraj adı ilə satılan parklama yerlərinin qiymətidir. Üstəlik, bu yerlərin mülkiyyət sənədi də mövcud deyil.

Bəs, hər kvadratmetri az qala, mənzillə eyni qiymətə təklif olunan belə yerlərin alqı-satqısı nə dərəcədə qanunidir?

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bir çox hallarda binaların sözügedən hissəsi mühəndis-kommunikasiya təminatının (binaların istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) yerləşdirilməsi üçün nəzərdə tutulur. Qanunvericiliyə əsasən, mühəndis-kommunikasiya təminatı istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.

Ərazinin digər məqsədlərlə tutulması və ya bağlanması qəza və ya təmir zamanı əngəl də törədə bilər. 
 

Digər tərəfdən, Mənzil Məcəlləsinə görə, həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni, çoxmərtəbəli binadakı parklanma kimi istifadə edilən zirzəmilərin əraziləri həmin binadakı bütün mülkiyyətçilərə aiddir. 


Qanunla mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər. Bir şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 

Ən əsası isə binanın altında qeyri-yaşayış sahəsi, o cümlədən qaraj yeri binanın layihəsində nəzərdə tutulmalıdır. 
 

Elə qeyd edilən bütün bu amillərdən irəli gələrək təcrübədə bu cür qaraj yerlərinə görə çıxarış almaq asan olmur. Bu baxımdan qaraj adı altında parklama alarkən onun çıxarışının olması vacibdir. Əks təqdirdə, həmin yer binadakı digər sakinlərlə mübahisəyə səbəb ola bilər. Həmçinin belə yerlərin qanuni satışı da mümkün olmur. 


Bununla belə, təcrübədə çoxmənzilli binalarda mülkiyyət sənədi ilə satışa çıxarılan qaraj kimi təqdim edilən parklama yerləri də az deyil. Belə əmlakların qiyməti sənədsiz olanlarla müqayisədə daha yüksək olmaqla yerləşdiyi əraziyə görə dəyişir.

Ancaq maraqlıdır ki, elan saytlarında çıxarışı olduğu göstərilən qaraj yerlərinin sırasında parklama yeri kimi layihələndirilən ərazilərlə yanaşı, bir çox hallarda mühəndis-kommunikasiya təminatının yerləşdiyi zirzəmi ərazilər də olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO