Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1997-ci il təvəllüdlü D.Nəsirov gecə saat 01 radələrində idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Fakta görə Xəzər RPİ-də cinayət işi başlanıb. (Qafqazinfo.az)
Bizim.Media