Əlcəzair ərazisində azı dörd nəfərin ölümünə səbəb olan meşə yanğınları tüğyan edir.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters informasiya agentliy məlumat dərc edib.
İnformasiyaya görə, Əlcəzairin paytaxtından 100 kilometr şərqdə, dağ rayonlarında meşə yanğınları nəticəsində dörd nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.
Yanğınsöndürənlər helikopterlərin köməyi ilə Tizi Uzu əyalətində tüğyan edən bir neçə yanğının qarşısını almağa çalışır.
Xatırladaq ki, hazırda Yunanıstan, Türkiyə, Monteneqro və bir sıra digər Avropa dövlətləri anomal isti və quraq hava şəraitinin səbəb olduğu meşə yanğınlarından əziyyət çəkir.
Bizim.Media