ABŞ qüvvələri İranın hücumlarının qarşısını alıb və mayın 7-də Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesləri Hörmüz boğazından Oman körfəzinə keçən zamanı özünümüdafiə zərbələri ilə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “CENTCOM) məlumat yayıb.
Bildirilir ki, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) esminesləri beynəlxalq dəniz keçidindən keçərkən İran qüvvələri çoxsaylı raketlər, dronlar və kiçik qayıqlarla hücum həyata keçirib.
Hücum zamanı ABŞ-nin heç bir obyektinə zərbə endirilməyib.
“ABŞ Mərkəzi Komandanlığı daxil olan təhdidləri aradan qaldırıb və hücum edən İran hərbi obyektlərini hədəf alıb. CENTCOM eskalasiya axtarmır, lakin mövqelərini möhkəmləndirir və Amerika qüvvələrini qorumağa hazırdır”,- deyə açıqlamada qeyd olunub.
İran hərbi komandanlığı isə atəşkəsi ABŞ tərəfinin pozduğunu bildirib.
“Press TV” məlumatəna görə, Tehran Vaşinqtonu Cask şəhəri yaxınlığında İran tankerinə atəş açmaqda ittiham edib.
Bundan əlavə, İran hərbi komandanlığının açıqlamasında qeyd olunur ki, ABŞ “bir neçə regional ölkə ilə əməkdaşlıq çərçivəsində” Qeşm adasında və İranın cənubundakı bir sıra sahil bölgələrində mülki hədəflərə hücum edib.
Komandanlıq, həmçinin bildirib ki, buna cavab olaraq bir neçə ABŞ hərbi gəmisinə atəş açılıb və onlar zədələnib.
Bizim.Media