Pensiyalarla bağlı müjdə: artım olacaq – Belə hesablayın

Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 200 minə yaxın vətəndaşın fərdi hesabında sosial sığorta ödənişləri toplanmaqda davam edir. Bu vəsaitlərin yenidən hesablanması nəticəsində onların pensiyalarının bir hissəsinin 2026-cı ildə artırılması nəzərdə tutulur.

Pensiya nə qədər arta bilər? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yaşa görə əmək pensiyasına çıxarkən vətəndaşın pensiya kapitalı 144 əmsalına bölünür:

“My.gov.az” portalında toplanmış pensiya kapitalını görmək mümkündür. Vətəndaş həmin məbləği 144-ə bölməklə, alacağı pensiyanı təxmini hesablaya bilər. Burada vacib məqamlardan biri də işləyən təqaüdçülərlə bağlıdır. Belə ki, 65 yaşına çataraq pensiyaya çıxan, lakin işləməyə davam edən şəxslərin əməkhaqqından yenə də pensiya fonduna ödənişlər tutulur və onların pensiya kapitalı artmağa davam edir. 

Qanunvericiliyə əsasən, işləyən pensioner 65 yaşdan sonra daha 6 il işləyərsə, həmin müddətdən sonra onun təqaüdü yenidən hesablanır. Məsələn, şəxs 65 yaşında pensiyaya çıxıb 71 yaşına qədər işləməyə davam edibsə, bu yaşda pensiyası yenidən hesablanacaq, 6 il ərzində pensiya fonduna ödənilən əlavə vəsait pensiyasının üzərinə əlavə olunacaq”.

İqtisadçı bildirib ki, bu artım hər bir pensioner üçün fərqli hesablanır:

“Çünki ölkəmizdəki sistem birbaşa əməkhaqqına bağlıdır. Məsələn, əgər 6 il ərzində əlavə olaraq 14 min 400 manat pensiya kapitalı toplanıbsa, həmin məbləğ 72 əmsalına bölünür və nəticədə aylıq pensiyaya əlavə 200 manat artım hesablanır. 

Daha yüksək maaş alan və pensiya fonduna daha çox ödəniş edən şəxslərin pensiya artımı da daha çox olur. 72 əmsalının tətbiqi isə onunla bağlıdır ki, ümumi pensiya hesablamasında istifadə edilən 144 əmsalı 12 illik orta pensiyaalma müddətinə əsaslanır. Şəxs artıq pensiya yaşında olduğu və əlavə 6 il işlədiyi üçün həmin dövrdə toplanmış əlavə kapital 144-ə deyil, 72-yə bölünərək pensiyaya əlavə edilir.

Yəni sistemin mahiyyəti odur ki, 65 yaşdan sonra işləməyə davam edən şəxslərin pensiyası 6 ildən sonra yenidən hesablanır. 

Artım məbləği həmin dövrdə aldığı əməkhaqqı və pensiya fonduna etdiyi ödənişlərdən asılı olur. Ona görə də bu rəqəm hər kəs üçün eyni deyil. Məsələn, yüksək əməkhaqqı alan və daha çox sosial ödəniş edən şəxsin pensiyasındakı artım da daha yüksək olur. Bu qayda bir neçə il əvvəl qəbul olunub. Burada söhbət hər kəsə eyni məbləğdə əlavə olunacaq ümumi artımdan deyil, fərdi hesablanma mexanizmindən gedir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

End of content

No more pages to load

RADİO