İtaliyada Milan şəhəri yaxınlığında yerləşən poçtun çeşidləmə mərkəzinin əməkdaşları içərisində Roma Papası Fransiskə ünvanlanmış 3 güllənin olduğu zərf aşkar ediblər.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, zərfdə Vatikandakı maliyyə əməliyyatlarına dair müraciət olub.
Məktub karabinerlər tərəfindən müsadirə edilib, polis araşdırmaya başlayıb. ANSA agentliyi zərfin Fransadan göndərildiyini yazıb.
Bizim.Media