Amerikalı məşhur komediya aktyoru Trevor Mur vəfat edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 41 yaşında vəfat edən aktyorun həyat yoldaşı məlumat verib.
O, ərini bədbəxt hadisə nəticəsində itirdiyini bildirsə də, ölümün təfərrüatı ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aktyor "Miss Mart", "Ən yaxşı mühafizə", "Şəhər primatları" kimi yumoristik film və seriallardakı obrazları ilə tanınıb.
Bizim.Media