“2014-cü ildə Ukrayna böhranına görə Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında qəfil söyüşmələr başladı”.
Bizim.Media tarixçi Ralf Bollmanın kitabına istinadən xəbər veirr ki, siyasətçilər zamanla bir-birinə hörmət etməyi öyrənsələr də, onların söhbətləri yenə də xoşagəlməz ola bilirdi.
Siyasətçilərin münasibətləri Krımın Rusiyaya birləşdirilməsindən sonra daha da pisləşib. Bollmanın sözlərinə görə, Merkel şəxsən Moskvaya getmək istəmirdi:
“Kansler Putin tərəfindən alçaldılmamaq üçün bu riskə girmirdi. Çünki o, Rusiya preizdentinə şəxsən onlarla dəfə zəng edib. Danışıqlar duel xarakterliydi. Onlar hər şeyi bir-birinin üzünə deyirdilər. Bəzən hətta bir-birinin üstünə qışqırırdılar”.
Avtoboqrafik kitab Merkelin doğulmasından (1954) 2021-ci ilin əvvəllərinə kimi həyatını əks etdirir. Kitabda əsas diqqət onun alman hökumətinin başçısı olmasına ayrılır.
Bizim.Media