BMT Baş Assambleyasının Üçüncü Sosial və Humanitar Məsələlər Komitəsi rəsmi Kiyevin təqdim etdiyi Krımın Rusiya tərəfindən ilhaq" və işğalını pisləyən sənədi qəbul edib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, sənəddə Rusiya vətəndaşılığının tətbiq edilməsi, qanunsuz seçki kampaniyaları və səsvermə, Krım əhalisinin demoqrafik tərkibinin dəyişdirilməsi və milli kimliyin boğulması məsələləri yer alıb.
Layihənin müəllifləri Gürcüstan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Latviya, Litva, Estoniya və bir sıra digər ölkələrdir.
Qətnaməni 63 ölkə tərəfindən dəstəkləyib, 85-i bitərəf qalıb və 22-si əleyhinə çıxıb.
Bizim.Media