Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan istefa ərizəsi yazıb.
Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, Akopyan məlumatı təsdiqləyib, yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında istefa səbəbini açıqlayacağını deyib.
Xatırladaq ki, Movses Akopyan ötən il mayın 24-də baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilmişdi.
Bundan əvvəl silahlı qüvvələrin baş qərargah rəisi, həmçinin, Qarabağdakı separatçı rejimin “müdafiə naziri” olub.
Bizim.Media