İstanbulda əylənmək üçün gecə klublarından birinə gedən model Gizem Akbaş keçmiş sevgilisi Mücahit İsmail Ayta tərəfindən vəhşicəsinə döyülüb.
Bizim.Media xəbər verir ki, insident təhlükəsizlik kameralarında qeydə alınıb.
Buna səbəb isə modelin əyləncə yerindən fotoları sosial media hesabında paylaşmağı olub.
Bunu görən oğlan həmin yerə gəlib, qızı yumruq və təpiklə döyüb.
Gizem olaydan sonra bunları deyib:
"1 il əvvəl aldatdığı üçün ondan ayrıldım, o isə qəbul etmədi. Hər dəfə də zorakılığa əl atdı. "Məni tərk edə bilməzsən' deyirdi, şikayət etdim, ona qarşı həbs qətimkan tədbiri seçilməsini istədim. Lakin heç bir tədbir görülmədi".
Bizim.Media


