Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Son dövrlərdə Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində mühüm addımlar atılır. Xüsusilə də, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş və əldə olunan razılaşmalar sülhün təmin olunması baxımından tarixi hadisədir.

Bunun nəticəsidir ki, həm Azərbaycan, həm də Ermənistan Vaşinqton görüşündən sonra sülhün bərqərar olduğunu rəsmi şəkildə bildiriblər. Üstəlik, sülh gündəliyi çərçivəsində Azərbaycan və Ermənistan rəsmiləri arasında istər sərhəddə, istərsə də beynəlxalq miqyasda mütəmadi görüşlər keçirilir.

Fransadan sülh gündəliyinə qarşı iyrənc təxribat

Bakı və İrəvanın sülh gündəliyini inkişaf etdirdiyi bir vaxtda bu prosesə mane olmaq istəyən qüvvələr də öz çirkin planlarından geri durmurlar. Belə ki, onlar Cənubi Qafqazda sülhə mane olmaq üçün müxtəlif addımlar atırlar.

Belə təxribatçı tədbirlərdən biri də bu gün Fransada baş tutur. Parisdəki Hamaskaïne məktəbində “Erməni məsələlərinin Yay universitetində müzakirəsi” adlı tədbir keçirilir. Sözügedən tədbirdə müxtəlif mövzular ətrafında panellər təşkil olunur.

Əvvəla panellərin adına nəzər salaq:

1. Fransa vətəndaşı kimi erməni məsələsini müdafiə etmək: çətinliklər və çağırışlar

2. Erməni məsələsini Ermənistan hökumətinin apardığı siyasətə qarşı müdafiə etmək mümkündürmü?

3. Fransadakı erməni diasporasının tarixi və yaddaşı

4. Ermənistan–Azərbaycan: sülh həqiqətən mümkündürmü?

Müzakirə üçün seçilən mövzulara nəzər saldıqda tədbirin əsas məqsədini aydın şəkildə görmək mümkündür. Göründüyü ki, dörd mövzudan üçü faktiki olaraq diasporun erməni məsələsi ilə bağlı uydurma fikirlər səsləndirib, qondarma “Artsax”la bağlı boş-boş bəyanatlar səsləndirməsi üçün seçilib.

İkinci panelin adı isə əlavə şərhə belə ehtiyac qoymur. Yəni, bu tədbirdə açıq şəkildə erməni diasporunun Ermənistan hökumətinin apardığı siyasətə belə qarşı çıxdığı görünür.

Makronun Cənubi Qafqazla bağlı məkirli planı

Tədbirin erməni diasporu tərəfindən təşkil olunduğu göstərilsə də, bunun Makron hakimiyyətinin planı olması göz önündədir. Çünki Fransa hakimiyyəti Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir və buna qarşı məkrli planlar qurur.
 

Doğrudur, Fransa üzdə Vaşinqton razılaşmalarını alqışladığını elan edib. Amma biz Makron iqtidarının nə qədər ikiüzlü olduğunu yaxşı bilirik. Üstəlik, Parisin Vətən müharibəsindən bu günə kimi tutduğu siyasi mövqeyə nəzər saldıqda, Cənubi Qafqazda sülhün onların maraqlarına cavab vermədiyini aydın görərik.

 

Son 5 il ərzində Makron “ermənidən çox erməni” kimi görünmək siyasətini seçib. Hətta Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini elan etsə belə, Fransa daim sərsəm bəyanatlar, absurd qətnamələrlə keçmiş Qarabağ problemini “diri tutmağa” çalışıb. Üstəlik, sərhədimizə Aİ missiyasının göndərilməsi də məhz Makronun planı idi.

Bu qədər təxribatlar törətmiş bir ölkənin birdən-birə sülh göyərçininə çevrilməsi isə mümkünsüzdür. Məhz buna görə Makron iqtidarı erməni diasporunun əli ilə sülh gündəliyini pozmaq üçün belə təxribatçı tədbirlər təşkil edir.

Erməni diasporu - Makronun sabotaj aləti

Hazırda Ermənistan hökuməti Azərbaycanın diqtə etdiyi sülh şərtləri ilə razılaşıb, regionda sabitliyin bərpası üçün addımlar atır. Görünür, Paşinyan hökumətinin bu siyasəti erməni diasporunda dərin narahatlıq yaradıb.

Bu təbii ki, başadüşüləndir. Çünki erməni diasporunun varlığını qoruması üçün münaqişənin davam etməsinə ehtiyac var. Onlar hər zaman bu yolla erməniləri “əzilən xalq” kimi göstərib Fransa kimi ölkələrdə hay-küy sala biliblər. Nəticədə Ermənistandakı “qardaşları”na yardım adı ilə pul dilənib, onun da böyük hissəsini özlərinə götürüb Avropada kef içində yaşayıblar. Qalan pulları da terroru maliyyələşdirməyə sərf ediblər.

Faktiki sülhün təmin olunması isə onların biznesinin məhv olması deməkdir. Məhz bu səbəbdən milyonlarını itirmək istəməyən diaspor Fransa hakimiyyətinin sifarişi ilə belə bir təxribatçı tədbir təşkil edir.

“Sülh” adı altında pozuculuq fəaliyyəti

Bugünkü panel müzakirələrdə çıxış edənlərin əksəriyyəti erməni diasporunun başbilənləridir. Ancaq sonuncu - guya Azərbaycanla Ermənistan arasında sülh məsələsinin müzakirə olunacağı paneldə xaricdəki “söyüş müxalifəti”nin nümayəndəsi Məhəmməd Mirzəli də çıxış edəcək. Onu dəvət etməklə tədbir təşkilatçıları guya “qarşılıqlı müzakirə prinsipi”ni qoruduqları mənzərəsini formalaşdırmaq istəyirlər. Amma dəvət etdikləri şəxs hazırda axtarışdadır və Azərbaycanda onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Yəni terroru maliyyələşdirənlər cinayətkarla oturub sülhü müzakirə edəcəklər.

Nə qədər gülməli görünsə də, bu gün Parisdə keçirilən tədbiri başqa cür təsvir etmək mümkün deyil. Təbii ki, müzakirələr çərçivəsində sülh gündəliyini hədəf alan və qondarma “Artsax”la bağlı sərsəm bəyanatlar səsləndiriləcək. Bu isə sülh quruculuğu istiqamətində davamlı addımların atıldığı bir vaxtda açıq aşkar təxribatçılıq deməkdir.

Ona görə də beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sabitliyi pozmağa çalışan Makron hakimiyyətinə və onun alət kimi istifadə etdiyi erməni diasporuna qarşı etiraz səsini ucaltmalıdır.

Bizim.Media-nın Analitik qrupu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol polisi hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi

Yol polisi hərəkət iştirakçılarına XƏBƏRDARLIQ etdi

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Ən yaxşı səhər içkisi məlum oldu – Gümrahlıq gətirir

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Bərdədə maşın vuran piyada xəstəxanada həyatını itirib

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

DİQQƏT: Bu yollarda tıxac var

DİQQƏT: Bu yollarda tıxac var

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Başqalarının uğurlarına sevinə bilməyən BÜRCLƏR

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Dəbli yeməyin ağır fəsadları: Az bişmiş steyklər ölümə belə səbəb olur

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? – VİDEO

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

İsrail HƏMAS-a sərt XƏBƏRDARLIQ ETDİ

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Emma Ələkbərzadənin oğlu ilə rəqsi – VİDEO

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

Güləşçilərimiz dünya çempionatını 9 medalla başa vurdu

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

İranda Hörmüzlə bağlı bir qərar təsdiqləndi

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Şəmkirdə un daşıyan maşın yandı - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Avropa birinciliyində 3 qızıl medal qazandılar - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO

End of content

No more pages to load

RADİO