Mayın 5-də “Şeremetyevo” Hava Limanında 41 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra diqqət onlarla insanın həyatını xilas edən stüardessalara yönəlib.
Stüardessalar Tatyana Kasatkina və Kseniya Faqel sosial şəbəkələrdə və dünya KİV-dəxa0 yüksək peşəkarlıq göstərərək sərnişinlərin həyatını xilas etdiklərinə görə qəhrəman elan olunublar. Bundan başqa, onların hökumət tərəfindən təltif edilməsi də təklif olunub.
Qeyd edək ki, Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.

Kseniya Faqel

Tatyana Kasatkina
(Qafqazinfo)