Moderator. az xarici mətbuata istinadən xəbər verir ki, Tailand Kralı Maha Vaçiralonqkorn (Rama X), öz mühagizə rəisi, general xanım Suthida Ticai ilə evləndiyinixa0 elan edib.
Onlar qanuna və kral ənənələrinə uyğun olaraq evləndikləri üçün, kraliça Suthida ailənin statusu və tituluna müvafiq olaraq,xa0 bütün imtiyazlara malikdir.

Qeyd edilir ki,xa0 4-6 mayda keçirilməsixa0 nəzərdə tutulan 66 yaşlı kralın tacqoyma mərasimi ərəfəsində nikah haqqındaxa0 xəbərlər “Kral qəzeti”ndə çap olunub.xa0

41 yaşlı kraliça əvvəllər Thai Airvays şirkətində stüardessa kimi çalışıb. Sonra varis şahzadə Rama X –in ailəsinin mühafizə rəisi vəzifəsinə təyin olunub.xa0 Tezliklə xanım rəis genral rütbəsinə qalxır və kral ailəsinin mühafizəsi ilə məşğul olur.
Maxa Vaçiralonqkorn isə 1 dekabr 2016-cı ildə 70 il ölkəni idarə edən atasınınxa0 vəfatından sonraxa0 kral elan edilib.