Məsud Pezeşkiandan ittihamlara cavab: "Günahkar bizik, onlarda təqsir yoxdur" – VİDEO

İran Prezidenti Məsud Pezeşkian "Hökumət həftəsi" çərçivəsində etdiyi çıxışda son bir ayda Azərbaycan Respublikası ilə bağlı söylədiklərinə görə ona yönələn ittihamlara qətiyyətli bir şəkildə cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunur.

Müəllif qeyd edib ki, İran prezidenti onu ittiham edənlərə xatırladıb ki, iki ölkənin dərin tarixi bağları var.

"İndi biri çıxıb mediada soruşur: "Kim deyib ki, onlar bizim qardaşlarımızdır?" Mən deyirəm ki, onlar bizim qardaşlarımızdır! Əslində bizim suyumuz, torpağımız bir olub. İndi arada sərhəd çəkilib. Necə ki, məhəllədəki qonşuların hərəsinin öz evi var, hərə də öz evinin sahibidir. Amma biz bir-birimizlə qardaşıq, qohumuq", - M.Pezeşkianın sitatında bildirib.

Xatırladaq ki, iyul ayının sonunda Məsud Pezeşkian Zəncana səfəri zamanı İran-Azərbaycan münasibətləri barədə geniş reaksiyalar doğuran açıqlama verib.

"Azərbaycan bizim qohumumuz və doğmamızdır", - deyən İran prezidenti Azərbaycanla münasibətlərin lazımi səviyyədə olmamasında İran tərəfinin məsuliyyət daşıdığını vurğulayaraq bildirib: "Bizim problemimiz nədədir ki, öz bacı-qardaşlarımızla dostcasına və sağlam əlaqə qura bilməmişik? Günahkar bizik, onlarda təqsir yoxdur".
 

M.Pezeşkianın bu açıqlaması İrandakı Anti-Azərbaycan dairələrin və paniranist cərəyanın ciddi narahatlığına səbəb olub, onlar son həftələr ərzində M.Pezeşkianın əleyhinə çoxsaylı yazılar yazıb, çıxışlar ediblər. Həmin açıqlamadan sonra bəziləri Azərbaycan Respublikasından danışarkən kinayə ilə "Pezeşkianın qohumları" ifadəsini işlədiblər.


Bu işdə ötənilki prezident seçkilərində Pezeşkianın rəqibi olmuş Səid Cəliliyə yaxın şəxslər, o cümlədən Cəlilini dəstəkləyən "Sabitlik Cəbhəsi" təşkilatına mənsub siyasətçilər xüsusi canfəşanlıq göstəriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Laçında Beynəlxalq Film Festivalı başladı

Laçında Beynəlxalq Film Festivalı başladı

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

Prezidentlərin ziyarət etdiyi minillik MEMARLIQ İNCİSİ - İsmayıl Samani türbəsinin MARAQLI HEKAYƏSİ – FOTO

Prezidentlərin ziyarət etdiyi minillik MEMARLIQ İNCİSİ - İsmayıl Samani türbəsinin MARAQLI HEKAYƏSİ – FOTO

Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq

Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir

Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksini ZİYARƏT ETDİLƏR

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksini ZİYARƏT ETDİLƏR

Liderlər və ailə üzvləri “Ark” qalasında - VİDEO

Liderlər və ailə üzvləri “Ark” qalasında - VİDEO

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Günəş sistemi ilə bağlı sirri açıldı: Yer əslində necə yaranıb? - ŞOK ARAŞDIRMA

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Prezidentlər və birinci xanımların İsmayıl Samani türbəsini ziyarətindən VİDEO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

İllərdir itkin hesab edilirdilər... – Vətənlərinə belə qayıtdılar – FOTO

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Allergiyadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Qidalarla bağlı yeni qayda TƏSDİQLƏNDİ – RƏSMİ

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Beyni qoruyan qida:Bitki mənşəli zülalla zəngin 3 faydalı məhsul

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

Dostluqdan müttəfiqliyə, müttəfiqlikdən əbədiyyətə: Azərbaycan-Özbəkistan münasibətlərində YENİ TARİX

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Xələf Xələfova AĞIR İTKİ – FOTO

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Adapter daim elektrikə qoşulu qalarsa, nə baş verər?

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkət intervalı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

End of content

No more pages to load

RADİO