Yüz illərdir davam edən DÜŞMƏNÇİLİK SİYASƏTİ – Rusiyanın anti-Azərbaycan kampaniyasının TARİXİ KÖKLƏRİ

Son zamanlar Rusiyada anti-Azərbaycan ritorikaları güclənib. 8 avqustdan sonra isə ölkəmizə qarşı təhdidlər başlayıb. Hətta bir çox şovinist ideoloqlar daha da irəli gedərək Rusiyanı Azərbaycana qarşı müharibəyə səsləyir.

Nəzərə alaq ki son 200 ildə Rusiya bir sıra bölgələrə, o cümlədən də Cənubi Qafqaza özünün “arxa bağça”sı kimi baxıb. Baxmayaraq ki, Rusiyanın var olması və tarixdə qalması üçün bir sıra bölgələr kimi Cənubi Qafqazın, xüsusən də Azərbaycanın xüsusi payı olub.

I Pyotrun Qafqaz planı

Hələ XVIII əsrdə I Pyotrun Rusiyanı imperiyaya çevirmək üçün bir neçə hədəfi vardı.
 

Onlardan biri də Xəzəryanı dövlətlərin torpaqlarını işğal etmək, Qədim İpək Yolunu nəzarətə götürmək idi. Onun zamanında hətta Xəzər sahillərinə hərbi yürüşlər olmuşdu.


Doğrudur, bu yürüşlər uğurlu olmasa da, hər halda məkrli planların təməli idi. II Yekaterinanın zamanında isə Rusiya Qacarlar dövlətinin nəzarətində olan indiki Azərbaycan torpaqlarına qarşı davamlı olaraq hərbi yürüşlər təşkil edirdi.
 

Təbii ki, o zamanlar xanlıqlardan ibarət olan Azərbaycan ərazisində rusların hərbi yürüşlərinə qarşı güclü müqavimət vardı. Məsələn Qubanın hakimi Şeyxəli xan, onun tərəfində duran əsilzadə bəylər və əhali 6 il ərzində üç dəfə Rusiyaya qarşı qeyri-bərabər mübarizəyə qalxmışdı.


Rus işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşdülər.

Gəncə hakimi Cavad xanın rusların işğalçılıq siyasətinə qarşı mübarizəsi barədə tarixdə maraqlı faktlar çoxdur. Cavad xan xanlığın bütün bəyləri ilə birgə 1804-cü ilin yanvarında general Sisyanovun başçılıq etdiyi rus ordusu ilə qeyri-bərabər döyüşə girmişdi.

Bu mübarizədə o, ölümü əsarətə düşməkdən üstün tutmuşdu.
 

Şəki hakimi Səlim xan, 1806-cı ildə Qarabağ hakimi İbrahim xan ailəsi ilə birlikdə rus mayoru Lisaneviç tərəfindən böyük qəddarlıqla qətlə yetirildikdən sonra Şəki qalasındakı rus hərbi dəstəsini məhv etmişdi.


Üsyana qalxmış Səlim xan həmin ilin oktyabrında qeyri-bərabər döyüşdə rus hərbi qüvvələri tərəfindən məğlubiyyətə uğradılmışdı.

Bir sözlə XIX əsrin əvvəllərində Rusiya Azərbaycan ərazilərini ələ keçirmək üçün qəti hücuma keçmişdi. Bu yolda ruslar erməni kartından istifadə edərək xanlar arasında nifaq salmağı bacarmışdı. Eyni zamanda ermənilərin əliylə xanlara qarşı sui-qəsd planları da həyata keçirilirdi.
 

Lakin xalqımız rus işğalını durdurmaq üçün bacardıqları qədər müqavimət göstərir və işğalçılara sarsıdıcı zərbələr vururdular. Təsadüfi deyil ki, rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov o zaman yazırdı ki, "burada hər addıma rus qanı tökülüb".


Yəni ruslar Azərbaycan torpaqlarını  heç də asanlıqla işğal etmədilər...

Tarixi mənbələrdə göstərilir ki, 1818-1819-cu illərdə Şəmşəddil bölgəsində Nəsib Sultan və Mustafa ağanın başçılığı ilə xalq Rusiyaya qarşı qəhrəmanlıqla döyüşüb. Bu üsyan daha sonra - 1825-ci ilin sentyabr ayında Şəki bölgəsinin 45 kəndini bürümüşdü.
 

Nəhayət 1826-cı ilin iyul-avqust aylarında rus müstəmləkəçiliyinə qarşı bütün Azərbaycanı bürüyən üsyan baş verdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu üsyan nəticəsində rus qoşunları Azərbaycan torpaqlarını tərk etməyə, əsas hərbi gücünü Tiflisin müdafiəsinə toplamağa məcbur olmuşdu.



On ildən çox müddətdə Qafqazda rus siyasətini həyata keçirmiş general Yermolova bu hadisəyə görə 2 mart 1827-ci il Ali çar fərmanı ilə «şiddətli töhmət» elan edilmiş və Qafqazın baş komandanı vəzifəsindən azad edilmişdi

Azərbaycan torpaqları necə erməniləşdirildi?
 

Tarixi Azərbaycan torpaqlarında azlıq təşkil edən erməni əhalisinin müsəlman hakimlərinin idarəsi altından çıxarılması prosesi 1827-ci ildə İrəvan xanlığı rus qoşun­ları tərəfindən tutulduqdan sonra başlandı.


Əhalisinin 73,8 faizi müsəlman türklərindən ibarət olan İrəvan xanlığı 1828-ci ildə "Erməni vilayətinə" çevrildi.

Çar hökuməti Türkmənçay (1828-ci il) və Ədirnə (1829-cu il) müqavilələrindən sonra İran və Osmanlı İmperiyasından erməni əhalisinin kütləvi şəkildə Azərbaycana köçürülməsinə başladı.

Azərbaycan torpaqlarının erməniləşdirilməsində rusların xüsusi planları var idi.
 

Sonrakı dönəmdə bu plan açıq şəkildə ortaya çıxdı. XX əsrin ilk illərində ermənilər rusların təhriki və dəstəyi ilə azərbaycanlılara qarşı qətliamlara başladılar.


Təkcə Qərbi Azərbaycan ərazilərində deyil, hətta Bakı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı dəfələrlə qırğınlar törədildi.

Bu məkrli siyasət SSRİ dönəmində də davam etdirildi.

Sovetləşmənin ilk illərində Azərbaycanın xeyli ərazisi yenicə yaradılan Ermənistana verildi.

1948-ci ildə isə ermənilərin təhriki və Moskvanın göstərişi ilə 200 mindən artıq azərbaycanlı Ermənistan ərazisindən deportasiya edildi. Ötən əsrin 80-ci illərində isə daha 250 min soydaşımız Ermənistandan çıxardıldı. Beləcə rusların köməkliyi ilə Ermənistan azərbaycansızlaşdırıldı.
 

Lakin rus şovinistləri bununla da kifayətlənmədi. Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılması üçün yeni bir plan ortaya atıldı. Qarabağda yaradılacaq yeni erməni dövləti üçün Rusiya Ermənistana hər cür maddi-hərbi dəstəyi göstərdi.


Qarabağın azərbaycansızlaşdırılması üçün Rusiya Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayı separatçılara hərtərəfli yardım etdi.
 

Hətta azərbaycanlılara qarşı Xocalı və digər ərazilərdə törədilən kütləvi qırğınlarda bu alay xüsusi fəallıq göstərdi. Təbii ki, bütün bunların arxasında rus şovinist ideologiyası və işğalçılıq siyasəti dayanırdı.


Səbəbsə o idi ki, Türk dövlətləri arasında körpü olan Azərbaycan zəiflədilsin.

Rusiya bu gün də öz iyrənc planlarından əl çəkmir.

Azərbaycana qarşı təzyiqlər yolunda insanlığa sığmayan vasitələrə əl atılır.
 

Məslələn 25 dekabr 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması bunun bariz nümunəsidir.


Azərbaycanın müstəqil və qətiyyətli siyasətini həzm edə bilməyən rəsmi Moskva sadə azərbaycanlılara qarşı qeyri-insani hərəkətlər etməklə rəsmi Bakıya göz dağı verməyə çalışır.

Bu azmış kimi, Rusiya hökuməti etdikləri cinayətlərə belə haqq qazandırmaq istəyir.

Təyyarə qəzasının baş verməsindən 8 ay keçməsinə baxmayaraq Rusiya Azərbaycandan üzr istəməyib və cinayətkarlar cəzalandırılmayıb.
 

Bu azmış kimi Kremlin göstərişi ilə Rusiyada yaşayan soydaşlarımıza qarşı çirkin kampaniya başlanılıb. İyun ayının sonlarında Yekaterinburqda azərbaycanlılara qarşı təxribatlara start verildi.


Cinayətkar axtarışı adı ilə azərbaycanlıların evlərinə soxulan xüsusi xidmət orqanlarının əməkdaşları qocalara və uşaqlara qarşı xüsusi amansızlıq göstərdilər. Bu haqsızlığa etiraz edənlərsə ya öldürüldü, ya da həbsə atıldı.

Rusiya total şəkildə Azərbaycanın üzərinə gəlir.

Kremlin divarları arxasında ideoloji, diplomatik və hərbi sahədə ölkəmizə qarşı planlar cızılır.
 

Və fürsət düşdükcə bəzi planlar reallaşdırılır. Bir neçə gün əvvəl Azərbaycan qazını Ukraynaya ötürən kəmərin partladılması da bunun daha bir sübutudur.


Son günlərdə isə Rusiya şovinizminin ideoloqları Azərbaycana qarşı müharibə çağırışlarını gücləndirib.
 

Səbəbsə bəllidir. Rusiya hökuməti və onun ideoloqları Azərbaycanın uğurlarını həzm edə, Cənubi Qafqaza davamlı sülhün gəlməsini qəbullana bilmir.


Buna görə də Azərbaycana göz dağı vermək üçün müxtəlif yollara əl atılır. Amma Rusiyanın siyasi elitası və onların muzdlu ideoloqları bir həqiqəti başa düşmürlər ki, bugünkü Azərbaycan 30 ill əvvəlki Azərbaycan deyil.

Bu gün Azərbaycan regional gücdən beynəlxalq aktora çevrilmək yolunda inamla addımlayır.

Azərbaycan dünyanın qlobal gücləri ilə eyni masaya oturur, birgə müzakirələr aparır.

Ona görə də qüdrətli və qətiyyətli Azərbaycanı Rusiyanın cılız planları və təxribatları qətiyyən dayandıra bilməz.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

“Araz Naxçıvan”ın kapitanı komandadan ayrıldı

“Araz Naxçıvan”ın kapitanı komandadan ayrıldı

Prezidentdən Silahlı Qüvvələr Günü münasibəti ilə TƏBRİK - FOTO

Prezidentdən Silahlı Qüvvələr Günü münasibəti ilə TƏBRİK - FOTO

Azərbaycandan Ermənistana benzin və dizel yanacağı GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana benzin və dizel yanacağı GÖNDƏRİLƏCƏK

Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

Azərbaycanda ilk dəfə DÇ oyunlarını XANIMLAR şərh edəcək

Azərbaycanda ilk dəfə DÇ oyunlarını XANIMLAR şərh edəcək

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

SON DƏQİQƏ: SEPAH Oman sahillərində icazəsiz hərəkət edən gəmini VURDU

SON DƏQİQƏ: SEPAH Oman sahillərində icazəsiz hərəkət edən gəmini VURDU

Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR

İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

“Qarabağ”dan altıncı transfer - FOTO

“Qarabağ”dan altıncı transfer - FOTO

End of content

No more pages to load

RADİO