Trampla Zelenski arasında gizli danışıqlar: Müharibənin sonu yaxınlaşır?

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə ilk olaraq nüfuzlu Axios nəşri məlumat yayıb və xəbəri Reuters də təsdiqləyib.

Danışıqlar Rusiya-Ukrayna müharibəsinin ən kritik mərhələsində, Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi sülh ultimatumunun başa çatmasına günlər qalmış reallaşıb.
 

Məlumatlara görə, Tramp Zelenskiyə Ukraynanın hava hücumlarından müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində dəstək vəd edib. O, ABŞ-ın bu sahədə yardım planının artıq formalaşmaqda olduğunu bildirib.


Danışıqlarda həmçinin ABŞ və Ukrayna arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı təxminən 30 milyard dollarlıq layihə müzakirə olunub.
 

Axios-un yazdığına görə, Tramp Zelenskiyə açıq şəkildə bildirib ki, Rusiya ilə müharibənin tezliklə dayandırılması üçün diplomatik və iqtisadi təzyiqlər artırılacaq. Xüsusilə də, Putinə yönəlik 8 avqustadək verilmiş sülh ultimatumuna əməl olunmayacağı təqdirdə yeni sanksiyalar paketi tətbiq olunacaq.


Zelenski isə bu təkliflərə müsbət cavab verib və Ukraynanın ABŞ-la strateji əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Prezidentlər arasında təxminən 40 dəqiqəlik telefon danışığında müharibədə son vəziyyət, Rusiyanın hava hücumları və tərəflərarası texnoloji əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunub.

Danışıqların fonunda Trampın nümayəndəsi, ABŞ-ın xüsusi elçisi Moskvada Putinin özü ilə görüşüb və bu səfərin də son şans xarakteri daşıdığı bildirilir.
 

Müşahidəçilər bu diplomatik aktivliyi ABŞ-ın Cənubi Qafqaz və Şərqi Avropa siyasətində yenidən dominant mövqe tutmaq niyyəti kimi dəyərləndirirlər.
 

Eyni zamanda, bu proses Tramp administrasiyasının sülh təşəbbüslərini və Nobel Sülh Mükafatına iddiasını gücləndirən faktorlardan biri kimi qiymətləndirilir.


Artıq Rusiyaya qarşı yeni dalğa sanksiyalar gündəmdədir və bu danışıqlar yaxın günlərdə regionda vəziyyətin köklü dəyişikliklərə uğraya biləcəyinə işarə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

End of content

No more pages to load

RADİO