Rusiya Ukrayna ilə qismən atəşkəs elan edəcək? - DETALLAR

Rusiya Ukrayna ilə qismən atəşkəs elan edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb və mənbələrə istinadən bildirilib ki, Rusiya rəhbərliyi ABŞ Prezidenti Donald Trampa mümkün güzəştlər vermək variantlarını araşdırır.
 

Mənbələrin məlumatına görə, müzakirə olunan tədbirlər arasında müvəqqəti “hava atəşkəsi” – pilotsuz uçuş aparatları və raketlərdən istifadə ilə hava zərbələrinin dayandırılması var. Bu addım Ukrayna tərəfindən də oxşar təmkin göstərildiyi halda həyata keçirilə bilər.


Bu təşəbbüs, əsasən, Rusiyanın xarici iqtisadi əlaqələrinə artan təzyiqlər fonunda ABŞ-ın ikinci sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilir.

Lakin bu addımlara baxmayaraq, Moskva hərbi kampaniyadan tamamilə imtina etməyi planlaşdırmır. Mənbələr bildirirlər ki, Prezident Vladimir Putin cəbhədə təşəbbüsün Rusiya ordusunun əlində olduğunu hesab etdiyindən, hərtərəfli atəşkəsə hazır deyil. Rusiyanın münaqişədəki strateji hədəfləri dəyişməz olaraq qalır.

Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun bu həftə Rusiyaya gözlənilən səfərinə xüsusi diqqət yetirilir. Kremlin bu səfəri Tramp administrasiyası ilə qeyri-rəsmi razılaşmalara nail olmaq üçün son şans kimi gördüyü deyilir.

Lakin agentliyin mənbələri bu cəhdin uğurlu olma ehtimalını aşağı qiymətləndirir.

Hazırda Kremlin irəli sürə biləcəyi təkliflərin Kiyev və onun Qərbli müttəfiqləri üçün nə dərəcədə qəbuledilən olacağı hələ məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

End of content

No more pages to load

RADİO