Rusiya təbliğatının dəyişməyən mahiyyəti - VİDEO

“AnewZ” beynəlxalq xəbər və analitika kanalı “Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı xüsusi layihə təqdim edib.

Bizim.Media xəbər verir ki, “Tovarisch Director. Made in Russia, Believed Nowhere” adlı sənədli filmində Rusiya təbliğat sistemi yalnız siyasi kontekstdə deyil, mədəniyyət, kino, ədəbiyyat və dil vasitəsilə necə sistematik bir ideoloji maşına çevrildiyini faktoloji və xronoloji ardıcıllıqla əks olunur.

Film, 3-cü Reyxin təbliğat naziri Yozef Göbbelsin metodlarından başlayaraq çağdaş Rusiya mədəniyyət siyasətinə qədər uzanan dərin bir araşdırma təqdim edir.

Tarixdən bu günə – təbliğatın dəyişməyən mahiyyəti

Reportajın girişində alman nasist rejiminin ideoloqlarından biri olan Göbbelsin məşhur çağırışı eşidilir: “Rise up and let the storm break loose!” (Qalxın və qoy fırtına qopsun!) - bu üsul düşmən yaratmaq, tarixi yenidən yazmaq, tənqidçiləri “satqın” adlandırmaq, vətənpərvərlik pərdəsi altında yalanları gizlətmək metodlarının rıçaqı idi.

Nikita Mixalkov: sənətdən-ideologiyaya

Layihənin əsas simalarından biri, rus rejissoru və aktyoru Nikita Mixalkovdur. Ukraynalı jurnalist Dmitro Gordon onu belə təsvir edir: fikrimcə, böyük rejissor və aktyorluğa iddia edə bilər, amma sözün həqiqi mənasında yaramazdır. (“Выдающийся, на мой взгляд, режиссёр. Замечательный актёр. С другой стороны, мерзавец.”) Bu ambivalent münasibət Mixalkovun ikili simasını açır – bir tərəfdən sənətçi, digər tərəfdən Kremlin təbliğatçısı kimi.
 

Mixalkovun “Besogon” adlı verilişi vasitəsilə yaydığı tezislər, rusofobiyanın təkrarlanması, qonşu ölkələrin “xəyanətkar” adlandırılması, Ukrayna dilinin “təhlükəli ideologiya” kimi təqdim olunması kimi elementlərlə doludur.


Bu, artıq sənət deyil, ideoloji silahdır.

Onun ailə tarixi də xüsusi diqqətə layiqdir. Atası Sergey Mixalkov sovet dövründə üç fərqli lider üçün dövlət himninin sözlərini dəyişib yazan şəxsdir.
 

Digər ailə üzvləri müxtəlif siyasi sistemlərə tez uyğunlaşmaqla, şəxsi maraqları ön planda tutmuşlar. Bu nəsil tarix boyu hakimiyyətlə kompromis yolu ilə güc əldə etməyi bacarıb.


Sənədli layihədə təqdim olunan sitatlar bir daha sübut edir ki, təbliğatın texnologiyası dəyişsə də, metodologiyası dəyişməyib:

• Düşmən yaratmaq

• Tarixi yenidən yazmaq

• Öz zorakılığını “müdafiə” kimi təqdim etmək

• Tənqidçiləri “xarici agent” adlandırmaq

• Öz cinayətlərini başqalarının üzərinə atmaq

• Yalanı vətənpərvərliklə ört-basdır etmək

Bu üsullar, SSRİ-nin informasiya müharibəsindən tutmuş, bu gün Rusiya dövlət televiziyasında aparılan debatlara qədər eyni qaydada davam edir.
 

Film həmçinin Krımın 1954-cü ildə Rusiyadan Ukraynaya verilməsinin rəsmi dərsliklərdə necə təqdim edildiyini, “Buça qətliamı” ilə bağlı dezinformasiyaların yayılmasını və qonşu ölkələrin, o cümlədən Azərbaycanın necə hədəf seçildiyini göstərir.


Mədəniyyətin silaha çevrildiyi zaman

Təhlilin ən mühüm tərəflərindən biri dilin və mədəniyyətin dövlət ideologiyasının əsas dayağına çevrilməsidir.

Viktor Klempererin “Lingua Tertii Imperii” nəzəriyyəsi əsasında aparılan paralellər, təbliğatın semantik manipulyasiyasını sübut edir.


Necə ki, Nasist Almaniyasında “fanatizm” müsbət mənaya büründü, bu gün də “müharibə” “xüsusi hərbi əməliyyat” kimi təqdim olunur, “tənqidçi” isə “xarici agent” kimi damğalanır.

Nəticə – təbliğat niyə təhlükəlidir?

“Tovarisch Director” layihəsi yalnız keçmişə işıq salmır, həm də gələcəyə xəbərdarlıq edir. Layihənin əsas mesajı budur: təbliğat təkcə yalan yaymır, o həm də zorakılığı əsaslandırır, cəmiyyətləri qütbləşdirir və insanlığı dehumanizasiya edir.

Tarixdə baş verən dəhşətlər məhz bu proseslərin nəticəsi olub.
 

Sonda Rusiya Prezidenti Vladimir Putinin Mixalkovla videozəngdəki sözləri eşidilir: Sizin şərəfinizə, Nikita Sergeyeviç! Təbrik edirəm! (“Ваше здоровье, Никита Сергеевич… Поздравляю вас.”)



Bu layihə “AnewZ” kanalının beynəlxalq auditoriyaya yönəlik analitik və sənədli yanaşmasının növbəti sübutudur.

Təkcə informasiyanı deyil, həm də onun arxasındakı mexanizmi anlamağa çalışan hər kəs üçün bu film vacib bir çağırışdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Bakıda bu ərazilərdə EVLƏR kəskin UCUZLAŞDI

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Hər uşağa 70 min dollar yardım veriləcək - Sinqapurda

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

Əməkdar artist motosikletlə Şamaxıya getdi – VİDEO

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

End of content

No more pages to load

RADİO