ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatındakı seçkilərdə qalib gəldiyini iddia edir.
Bizim.Media xəbər verir ki, o bu barədə Tvitter hesabında yazıb.
Tramp tərəfdarlarının bülletenlərin əhəmiyyətli bir hissəsini orada görməsinə icazə verilmədiyini söyləyib:
"Filadelfiya və Pittsburqda 700.000 bülletenin izlənməsinə giriş yox idi, bu da böyük konstitusiyamıza görə Pensilvaniyanı qazandığımızı ifadə edir" -deyə o qeyd edib.
Bizim.Media