Rusiya Şimali Koreyaya qapılarını açdı – Təcili Koreya dili bilən işçilər axtarılır!

Postsovet ölkələrindən olan miqrantları hədəf aldığı üçün meydanı boş qalan Rusiya yeni əmək bazarı formalaşdırır. Bu məqsədlə Rusiya Şimali Koreyadan minlərlə işçi qəbul etməyə hazırlaşır.

Artacaq əmək qüvvəsi tələbatını qarşılamaq üçün Koreya dilini bilən tərcüməçilərin işə qəbulu prosesi sürətləndirilib.  

Hazırda Koreya dili ilə bağlı elanlarda əsasən tikinti, emal və kənd təsərrüfatı, hətta hərbi sahələrdə sərbəst baş çıxara biləcək tərcüməçilər axtarılır.  

Beynəlxalq müşahidəçilər bu prosesi Rusiyanın Qərbin sanksiyalarına qarşı alternativ əmək bazarı axtarışında olması ilə əlaqələndirirlər. Şimali Koreya isə öz növbəsində bu əməkdaşlıqdan valyuta qazanmaq və rejimin iqtisadi dayanıqlığını təmin etmək üçün istifadə edir. Hökumət işçilərin qazancının böyük hissəsini mərkəzə yönəldir, bu da rejim üçün iqtisadi dəstək deməkdir.

Pxenyan qadağaları pozur?

Maraqlıdır ki, BMT-nin sanksiyalarına görə Şimali Koreyanın xaricə işçi göndərməsi rəsmi şəkildə qadağandır. Bəs Pxenyan öz vətəndaşlarını işçi olaraq Rusiyaya necə göndərməyi düşünür? O da iddia olunur ki, bu əməkdaşlıq qeyri-rəsmi kanallarla həyata keçiriləcək. Hərçənd Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu “qeyri-rəsmi kanal” sayılmaz. Belə ki, institut Koreya dilindən hərbi tərcüməçilər üçün vakansiya açıb.

Tərcüməçi vakansiyaları sosial şəbəkələrdə də aktivdir. Telegram kanalında  Sankt-Peterburq və ətraf vilayətində tikinti işçiləri ilə işləmək üçün Koreya dili üzrə mütəxəssis axtarıldığı qeyd olunur. Bundan başqa, işgüzar səfərlər üçün də tərcüməçilər axtarılır. Məsələn, “Excelsior Autsorsing” şirkəti Şimali koreyalı tərəfdaşlardan ibarət nümayəndə heyətini müşayiət etmək üçün müvafiq elan dərc edib.

İyunun sonuna olan statistikaya görə, Şimali koreyalılar Rusiyada işləmək üçün 153 min müraciət edib. Hazırda ölkədə 15 minə yaxın KXDR vətəndaşı işləyir, ilin sonuna qədər bu sayı 50 minə çatacağı bildirilir.

“Daily Storm” yazır ki, Rusiya kəskin kadr çatışmazlığı yarandığı üçün hazırda tək güvəndiyi ölkə olan Koreya Xalq Demokratik Respublikasından (KXDR) işçilər istəməli olur. Siyasi ekspertlər isə başqa fikirdədirlər. Mütəxəssislər bu prosesi təkcə iqtisadi zərurət kimi deyil, həm də siyasi yaxınlaşma kimi dəyərləndirirlər.

İşçi qüvvəsi mübadiləsi sadəcə aysberqin görünən tərəfidir

Ümumiyyətlə, Moskva ilə Pxenyan arasında münasibətlər son aylarda daha da yaxınlaşıb. Tərəflərin hərbi, iqtisadi və diplomatik əməkdaşlıqları var. Son vəziyyət onu göstərir ki, həqiqətən də Rusiyanın Şimali Koreyadan işçi qüvvəsi gətirməsi və koreya dilini bilən tərcüməçilər axtarması təkcə əmək bazarının boşluğunu doldurmaqdan irəli gəlmir. İşçi qüvvəsi mübadiləsi bu əməkdaşlığın sadəcə bir hissəsidir.

Bu həm də geosiyasi yanaşmanın göstəricisidir. Qərbin siyasi və iqtisadi basqıları qarşısında tərəfdaşlar axtaran Rusiya əsasən İran və Şimali Koreyaya doğru meyillənib. Amma rəsmi Moskva üçün bu iki ölkə arasında “güvən” baxımından ciddi fərqlər var. İranın Rusiya ilə strateji əməkdaşlığı davam edir, ancaq ölkə prezidentin azərbaycanlı olması, bəzən də Tehranın öz maraqlarına uyğun olaraq Çin və ya Qərblə dialoqa girməsi Kremli ehtiyatlı olmağa sövq edir.

Şimali Koreya və Rusiya eyni gəmidədirlər

Düzü, Rusiyanın yalnız Şimali Koreyaya güvəninə də inanmaq olmaz. Bu, Rusiya kimi hiyləgər siyasətli ölkə üçün mübaliğəli səslənir. Rus ayıyla bir süfrədə oturar, amma çomağını da dizinin dibində hazır saxlayar. Həm də ümumiyyətlə əksər ölkələrin bir-birinə olan “güvəni” sabit qalmır, vaxtaşırı şərtlərə görə dəyişir. Sadəcə olaraq Şimali Koreya və Rusiya hazırda eyni gəmidədirlər. Qərbin sərt sanksiyalarına məruz qalan Rusiya, Şimali Koreya kimi təcrid olunmuş ölkələrlə yaxınlaşmağa məcburdur. Başqa sözlə, cəhənnəm yolunda özünə yoldaş axtarır. Digər tərəfdən ideoloji yaxınlıq da var: Rusiya keçmiş sosialist ittifaqın varisi, Şimali Koreya da hazırda mərkəzləşdirilmiş unitar sosialist dövlətdir (özləri buna çuçxe deyir, yəni milli kommunist ideologiyası). Ona görə də Rusiya bu dəqiqə ən risksiz müttəfiq olaraq Şimali Koreyanı görür.

İranla, əlbəttə, strateji tərəfdaşlıq davam edir. Rusiya və İran enerji bazarlarında və sanksiyalardan yayınmaq yollarında əməkdaşlıq edir. Rusiya üçün İran faydalıdır, amma tam kürəyini söykəyəcək qədər də dəyərli müttəfiq deyil. 

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Emin Əmrullayev tələbə adını qazananları belə TƏBRİK etdi - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Polad Bülbüloğlu yenidən ailə həyatı qurdu - FOTO

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Yeni boykot üsulu: Satılmırsa, məhv et! – Şou, yoxsa haqq axtarışı?

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb – FOTO

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Milyardlarla ilin sirri bu daşın içindədir – Bu meteorit dünyanı heyran qoyur – Foto

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Prezidentdən filiz yataqları ilə bağlı SƏRƏNCAM

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Boz divarlar artıq dəbdə deyil:Dizaynerlər hansı rəngləri tövsiyə edir?

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

End of content

No more pages to load

RADİO