Keçən cümə Taliban döyüşçüləri Əfqanıstanın beş əyalətin yeddi rayonunu ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Almaniyanın Bild qəzeti yayıb.
Beləliklə, 2001-ci ildən bəri ilk dəfə Taliban Əfqanıstanın rəsmi hökumətindən daha çox əraziyə nəzarət edir: Mütəxəssislərin fikrincə, Taliban hazırda 107, hökumət isə 92 rayona tam nəzarət edir. Qalan 199 rayon hökumət və Taliban qüvvələri tərəfindən mübahisə zonasına çevrilib.
Demokratiyanı Müdafiə Fondunun (FDD) verdiyi məlumata görə, hazırda 6 milyon Əfqan Taliban rəhbərliyi altında yaşayır. Digər 15 milyon insan hərbi əməliyyatların getdiyi bölgələrdə məskunlaşıb.
Qəzet yazır ki, ötən şənbə günü ölkədəki fəlakətli vəziyyət səbəbindən Əfqanıstan Prezidenti Əşrəf Qani Daxili İşlər Nazirini və Müdafiə Nazirini dəyişdirib.
Bizim.Media