Çin hökuməti "Kommunist Partiyasına sadiq Çinlilər" olmaları üçün təxminən 23 milyon Uyğur türklərindən ibarət olan müsəlmanlara kurs mərkəzləri və düşərgələr qurub.
xa0
Moderator.az xəbər verir ki, İngiltərənin beynəlxalq xəbər agentliyi "Reuters"xa0 Çinin müsəlman türkləri dövlətə uyğun şəkildə yetişdirmək üçün qurduğu peşə təhsil mərkəzini ziyarət edib. Bu kurs mərkəzlərində təhsil alan bir milyon uyğurxa0 "Biz könüllü olaraq buradayıq. Məqsədimiz bütün radikal fikirləri təmizləməkdir" şəklində ifadələrdən istifadə ediblər.xa0xa0
Bir tərəfdən şəffaf bir siyasət tətbiq etmə təəssüratını oyandırmağa çalışarkən, digər tərəfdən də "İslamı Çinliləşdirmə" siyasəti yürüdən Çində yanvar ayının əvvəlində səkkiz vilayətdən Müsəlman nümayəndələrin qatıldığı yığıncaqda önümüzdəki beş il ərzində izləniləcək İslam siyasətinin ana xəttləri təyin edilib.xa0
Yığıncaqda 2019-cu ilin kritik əhəmiyyətə sahib olduğu vurğulanaraq "Müsəlmanlar siyasi mövqelərini yaxşılaşdırmalı vəxa0 partiya rəhbərliyinə güvənməlidirlər" şəklində ifadələr səslənib.xa0
Kamran