Dünyanın diqqəti VATİKANDA – Növbəti Roma Papası qadın OLACAQ?

Xəbər verdiyimiz kimi Roma Papası Fransisk vəfat edib. Aprelin 26-da Papa Fransisk dəfn olunacaq. Bununla belə Vatikana rəhbərlik edə biləcək yeni şəxsin kim olacağı ilə bağlı müzakirələr başlayıb. Artıq Papa Fransiskin mümkün varislərinin adları açıqlanıb. Maraqlıdır ki, namizədlərin hamısı kişi cinsinin nümayəndələridir.

Niyə dini lider ancaq kişilərdən seçilir?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, səmavi dinlərdə dini başçı kişilərdən seçilir:

“Lakin məscid, kilsə kimi ibadət yerlərində qadın rahibələr, dini ayinlərin icraçı olan qadınlar da var. Xristianlıqda da İslamda olduğu kimi qadın dini liderlər olmur. Bu, heç də kişinin qadından üstün tutulmasına görə deyil. Bu məsuliyyət yükünün zərif yaradılışlı qadının üzərinə yükləməmək məqsədi daşıyır.
 

Qadının ibadətlər üçün müxtəlif fasilələrə səbəb olan durumu - dünyaya övlad gətirmək hüququ və hamiləlik, doğuş ərəfəsi onun vəzifəsini fasiləsiz icra etməsinə mane ola bilər. Peyğəmbərlər də ona görə kişilərdən gəlir. Həm də peyğəmbərlər elə azğın qövmlərə, elə pozğun cəmiyyətlərə gəlirdi ki, qadının o toplumun içində fəaliyyət göstərməsi təsəvvürə gəlməzdi.


Tutaq ki, Lut Peyğəmbər homoseksual bir əhaliyə gəlmişdi. Həmin kütlə o qədər azğın idi ki, hətta Peyğəmbərin özünə belə mənfi niyyətlə meyllənmək istəyirdilər. Hətta İbrahim peyğəmbər Fironun qəbulunda olduğu zaman onun xanımına əl vurmaq istəmişdilər. Təsəvvür etsək ki, qadın peyğəmbər gəlib, onun başına min oyun açardılar, ləkələyərdilər”.

Müsahibimiz qeyd edib ki, peyğəmbərlərin qadın olmaması ənənəsindən də qaynaqlanaraq din böyükləri də qadından olmur:

“Əslində müasir zamanda bu ola bilər. Çünki indi tələblər, dövr başqadır. Ənənəviliyə görə qadınların fəaliyyətinə icazə verilir, lakin dini lider olmasına yol verilmir. Hesab edirəm ki, həm xristianlığın həm də müsəlmanlığın islahata ehtiyacı var. Orta əsrlərdə buna cəhdlər olsa da, mühafizəkar və radikal din xadimləri tərəfindən amansızlıqla qarşısı alındı. Lakin indiki müasir zamanda əslində islahatın olmaması bu dinlərin özünü inkişafdan saxlayır.
 

Məsələn, Roma papası vəfat etdi. Katolik dünyasının dini mərkəzi olan Vatikanda onun yerinə yeni papa seçiləcək. Amma qadın olmayacaq. Yaxud müsəlman ölkələrində müftilər, alimlər, önə çıxan dini qurum başçıları hamısı kişidir. Niyə? Məgər Məcdəlli Məryəm öz dövründə dinin təmsilçisi, mübəlliği deyildimi? Yaxud Xədicə, Fatimə Zəhra, Aişə, Zeynəb kimi səhabə qadınlar müctəhid, öndər deyildimi? Təbii ki, elə idi.


Amma müsəlmanlıqda da kişilər qadınların haqqını bu sahədə istismar edir. Amma ara-sıra bəzi cəsarətli və müasir din alimləri fətvalar verirlər ki, qadından da müctəhid, fəqih olar.

Məscid və kilsələrə dini başçı olaraq yalnız kişilər təyin olunur. Peyğəmbərlər lazım gələndə müharibə edir, savaşır, çöllərdə əzab əziyyət çəkirdilər. Bunu anlamaq olar ki, qadınının yükü kişinin üstünə qoyulub. Amma indiki dövrdə ki, artıq qadın din xadimi, dini lideri olsa burada heç bir fərq etməz. Amma ənənəyə görə kişilərdən seçilir”.

Dini lider qadın olsa nə baş verər?

İlahiyyatçı hesab edir ki, səmavi dinlər təhrif olunub:

“Müqəddəs kitabların özünə, təfsirlərinə, mənalarına əl qatıblar, arzu və istəyə görə müdaxilə ediblər. Yoxsa Allahın endirdiyi din olduğu kimi qalsa idi belə ziddiyyətlər, məzhəblər, təriqətlər olmazdı. Əslində Allahın bir peyğəmbərdən sonra başqasını, bir kitabdan sonra digərini göndərməkdə əsl məqsəd elə islahatdır.

Çünki hər yeni peyğəmbər öz dövrünə görə hökmlər gətirir, zamanın tələblərinə uyğun qaydalar qoyurdu. Sonuncu Peyğəmbərdən sonra da islahat qaydasını, yolunu tam izah edib, tətbiq olunma metodunu göstərdi. Amma müsəlmanlar da bunu etmədilər. Dini yeniləmək yox, köhnəltmək yolunu tutdular.
 

Bir var, dinin endiyi forma, bir də var indiki forması. Təbii ki, endiyi formadadakı mahiyyətinə görə indiki dövrdə qadından da dini başçı ola bilər. Amma dinin indiki formadakı qaydalarına görə ola bilməz. Hesab edirəm ki, gələcəkdə bu qadağa aradan qalxa bilər. İstər müsəlmanlıqda, istərsə də xristianlıqda. Əgər dövlət başçısı, parlament rəhbəri qadın olursa, idarə, müəssisə rəhbərləri qadınlar ola bilirsə, dini sahədə niyə ola bilməz? Məgər Allah qadınları qabaqda görmək istəmir?


Təbii ki, belə deyil. Bu, orta asrlərdən qalma bir tabudur. Mən qəti əminəm ki, əgər dünyada dini liderlər qadınlar olsaydı nə dinlər arasında bu qədər ziddiyyət, nə də bu qədər müharibələr olardı. Çünki onlar daha asan anlaşa bilirlər, iti və çevik, obyektiv qərarlar qəbul edə bilirlər. Hesab edirəm ki, kilsə və məscid başçıları da qadın ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Yayın ortasında 5 metr QAR YAĞDI

Yayın ortasında 5 metr QAR YAĞDI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına BAŞSAĞLIĞI

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

End of content

No more pages to load

RADİO