Dünya yeni pandemiya ilə ÜZ-ÜZƏ – Professordan QORXUNC XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus növbəti dəfə dünyada yeni pandemiyanın qaçılmaz olduğunu bəyan edib. Onun sözlərinə görə, pandemiyanın nə zaman baş verəcəyini proqnozlaşdırmaq mümkün olmasa da, bu təhlükə hələ də çox realdır.
 

ÜST bu yaxınlarda 15 ölkənin pandemiyaya hazırlığını yoxlamaq məqsədilə təlim keçirib və bu təlim, bütün dünyadakı dövlətlərə hazırlıq və qarşısının alınması tədbirlərini gücləndirmək üçün çağırış edir. Tedros, "Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir" - deyə vurğulayıb.


Yeni pandemiya gəlir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Adil Qeybulla bildirib ki, pandemiya mütləq olacaq:

“Yeni pandemiya təhlükəsi hələ COVID-19 pandemiyasından əvvəl ÜST-ün insan sağlamlığını təhdid edən 10 amildən biri kimi göstərilmişdi. Bu, bizi qarşıda gözləyən qrip pandemiyasıdır.
 

Pandemiya mütləq olacaq. Çünki qrip daima mutasiyaya uğrayır, hər il yeni formada qarşımıza çıxır. Nə vaxtsa, bunun çox yoluxuculuq indeksi olan forması olduğu hesab edilir. Pandemiya qayıda bilər. Bu, elmi bir proqnozdur. Dünya hər zaman belə xəstəliklərə hazır olmalıdır.


Koronavirus epidemiyası göstərdi ki, dünya səhiyyə təşkilatı istənilən epidemiya ocağının vaxtında lokallaşdırılması üçün lazımi tədbirlərin görülməsinə hər zaman diqqət göstərməlidir”.

Həkim hesab edir ki, dünya ölkələri arasında koordinasiyalı sistem yaradılmalıdır:

“COVID-19 pandemiyasının qlobal pandemiyaya çevrilməsinin bir səbəbi də ölkələr arasında normal münasibətlərin və əhalinin sağlamlığının qorunması sahəsində mükəmməl assosiativ əlaqələrin olmamasıdır. Düşünürəm ki, ÜST-ün qərarları dünyanı təhdid edən situasiyalarda  ölkələr üçün icbari xarakter daşımalıdır. Biz hər an yeni sürprizlərlə üzləşə bilərik",- deyə o fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? - İqtisadçıdan XƏBƏRDARLIQ

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? - İqtisadçıdan XƏBƏRDARLIQ

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

End of content

No more pages to load

RADİO