Bu gün bir sıra ölkələrdə “Google”un servisləri qəfil dayanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “Google”un axtarış sistemində, “Gmail” e-mail xidmətində, “YouTube” video bölməsində problemlər yaranıb.
İstifadəçilərin 54 faizi öz akkauntuna daxil ola bilməyib, 45 faizinin axtarış sistemi işləməyib. “YouTube” istifadəçilərinin 60 faizinin videoları görə bilməməsi qeyd edilir.
“Gmail” istifadəçiləri akauntlarına daxil olmaqda (44%), xəbərlərin qəbulunda (15%), bütövlükdə sayta baxmaqda problemlərlə (38%) üzləşib.
Nasazlıqlarla bağlı ən çox şikayətlər ABŞ, Meksika, Braziliya, Böyük Britaniya, Fransa, Almaniya və Finlandiyadakı istifadəçilərdən daxil olur.
Azərbaycanda “Google” üzərindən hər hansı problemin yarandığı hələlik müşahidə olunmayıb.
Təranə Mirzəyeva, Bizim.Media