Moldovada möhtəşəm Novruz bayramı KEÇİRİLDİ – FOTO

Moldovanın paytaxtı Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Novruza həsr olunmuş təntənəli bayram şənliyi keçirilib.

Bizim.Media xəbər verir ki, 400-dən çox xarici və yerli qonaqların qatıldığı bayram tədbirində Azərbaycan, Türkiyə və bir sıra ölkələrin diplomatları, Moldova parlamentinin nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər.



Tədbirə qatılanları xoş müjdəli baharın gəlişi münasibətilə təbrik edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov xalqımız tərəfindən min illiklər boyu qeyd olunan Novruz bayramının qədim tarixindən və zəngin çalarlarından bəhs edib. Vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının bu gün müstəqil dövlətimiz tərəfindən ən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdıran diaspor rəhbəri, artıq 5 ildir ki, novruz tonqallarının işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Laçında, Xocalıda, Kəlbəcərdə və digər yurd yerlərimizdə alovlanmasının fərəh və qürurverici hal olduğunu vurğulayıb:


”Novruz bolluq, bərəkət, birlik və oyanış bayramıdır. Bu əziz gün həm də, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə soydaşlarımızı bir araya gətirən milli məvkurə rəmzidir. Bu baxımdan müstəqillik tarixlərini qoşa addımlayan dost və qardaş Azərbaycan və Moldova xalqlarını ürəkdən təbrik edir, ölkələrimizə birlik və bərabərlik, sülh və əminamanlıq arzulayıram” - deyən Elçin Bayramov Azərbaycanla Moldovanın tarixi dostluq əlaqələrindən söz açıb.



Tədbirdə Moldovanın energetika naziri Dorin Junqiyetu, Moldova parlamentinin deputatı Vitalie Jakot, Moldova Etnik Xalqlarla Əlaqələr Agentliyinin direktoru Vyaçeslav Ryabçinski çıxış edərək, Moldova Azərbaycanlıları Konqresinin sözü gedən ölkənin ictimai, mədəni həyatındakı səmərəli fəaliyyətinə yüksək qiymət verdiklərini bildiriblər.

Son illər Azərbaycanla Moldova arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan dövlət rəsmiləri, Novruz bayramı münasibəti ilə, Azərbaycan xalqına xoş və səmimi təbriklərini çatdırıblar.



Azərbaycan diasporunun ağsaqqallarından Maarif Rəhimov, Mehralı Quliyev, Allahverdi Xələfov və tanınmış şair Məhəbbət Qunqur çıxışlarında bolluq və bərəkət rəmzi olan bahar bayramının qədim tarixindən və əsrarəngiz çalarlarından danışıblar. Novruzun Moldovada Azərbaycanlılar Konqresi tərəfindən rəsmi bayram kimi qeyd olunmasının tarixi əhəmiyyətindən bəhs ediblər.

Bu əziz gündə Azərbaycan və Moldova xalqlarına firavan həyat arzulayıblar.

Bayram şənliyində Moldova Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri Novruz bayramına həsr olunmuş rəngarəng ədəbi-bədii kompozisya nümayiş etdiriblər. Novruz tonqalının ətrafında davam edən tədbirdə milli geyimli uşaqlar vətənə, torpağa, Novruz bayramına həsr olunmuş şeirlər, tapmacalar və hakışdalar söyləyib, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər. Novruzun əfsanəvi qəhrəmanları olan keçəl və kosanın duzlu, məzəli əhvalatları, onların tədbir iştirakçıları ilə yumurta döyüşdürmə yarışması böyük maraqla qarşılanıb. Novruz süfrəsi ətrafında davam edən bayram tədbirində gənc istedad Abdulla Rzayev və skripka ifaçısı Rəşad Sadıqovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

End of content

No more pages to load

RADİO